İngilis dilində tələbə səhvlərinin qarşısının alınmasında müəllimin istifadə etdiyi üsullar
Abstract
Müasir dövrümüzdə ingilis dilinin qlobal dilə çevrilməsi onun necə əhəmiyyətli dil olduğunun bariz nümunəsidir. Əsas elmi və tibbi araşdırmalarda, biznes danışıqlarında, qəzet və kitab nəşrində, beynəlxalq telekommunikasiyada, beynəlxalq ticarətdə, turizmdə, kütləvi əyləncələrdə və diplomatiyada ən çox istifadə olunan dil ingilis dilidir. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. İngilis dili natiqlərin sayına görə ən böyük dildir və çin, ispandan sonra dünyada ən çox danışılmada üçüncü yerdədir. Bu ən çox öyrənilən ikinci dildir, Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Xarici ölkələrələ yanaşı, Azərbaycanda da ingilis dilinin öyrədilməsi prosesi erkən yaşlardan, yeni, uşaqların bağça vaxtından başlayır. Çünki düşünülür ki, dil nə qədər tez öyrədilərsə, onu qavramaq və mənimsəmək daha asan olar. Bu sahədə müəllimlər birgə işləyir, fikir mübadiləsi edir və alınan nəticələri tədrisə tətbiq edirlər. Xüsusilə də, tələbələrin danışıq zamanı səhvlərini düzəltmək üçün tətbiq olunan metodlar ən böyük məsələlərdən biridir.
Azərbaycan təhsil sistemində ingilis dilinin tədrisi sahəsində aparılan əsaslı dəyişikliklər və islahatlar ilbəil öz bəhrəsini verir. Bunun da əsas səbəbi ingilis dili müəllimlərinin peşəkarlığının artırılmasıdır. Buna misal olaraq 2020-ci ildən ADA universitetinin, ABŞ-ın Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti başçılığı ilə ingilis dili müəllimləri üçün konfransın keçirilməsini göstərmək olar. Həmin konfrans zamanı Azərbaycanın bir sıra bölgələrindən, o cümlədən, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Məngəçevir, Sumqayıt və digər yerlərdən olan ingilis dili müəllimləri üçün təşkil edilmiş 18 həftəlik magistr səviyyəli təlim proqramının yekun tədbiri keçirilmişdir. Qeyd etmək lazımdır ki, həmin virtual təlimi 350-dən çox ingilis dili müəllimi uğurla keçmişdir və bu layihənin gələcək illərdə də təşkil ediləcəyi gözlənilir. Əlbəttə ki, ADA universitetində keçirilən bu cür təlimlər digər universitetlərdə keçirilir və ya planlaşdırılır. Bunun sayəsində professional ingilis dili müəllimlərimizin sayı artır və onlar xarici universitet professorlarından öyrəndikləri yeni üsul və vasitələri məktəb müəllimləri ilə də paylaşırlar. Buna bənzər təlimlərdən biri də Naxçıvan Dövlət Universiteti və Britaniya Şurasının birgə təşkil etdiyi ingilis dili müəllimləri üçün Aptis təlimidir. Bu təlim orta və üstün səviyyədə ingilis dili bacarıqları olan ingilis dili müəllimləri üçün nəzərdə tutulmuşdur. Təlim zamanı müəllimlərə həm dil bacarıqları, həm də metodika üzrə onlayn qaydada dərslər keçirilir. Bu təlim müəllimlər üçün bir yenilikdir və inanılır ki, onların akademik həyatında xüsusi təsiri olacaq
References
2. Burt, H.D. (1975). Error Analysis in the Adult EFL Classroom. TESOL Quarterly
3. Krashen, S. (1994). The Pleasure Hypothesis. Georgetown University Roundtable on Languages and Linguistics
4. Havranek, G. (2002). When is Corrective Feedback Most Likely to Succeed? International Journal of Educational Research
5. Hendrickson, J.M. (1978). Error Correction in Foreign Language Teaching: Recent Theory, Research, and Practice. Modern Language Journal
6. Yoshida, R. (2008). Teachers’ Choice and Learners’ Preference of Corrective Feedback Types. Language Awareness
7. H. Alisoy, The Role of Teacher Feedback in Enhancing ESL Learners' Writing Proficiency, Global Spectrum of Research and Humanities, 2024
8. https://www.teachingenglish.org.uk/professional-development/teachers/assessing-learning/articles/error-correction
Authors

This work is licensed under a Creative Commons Attribution 4.0 International License.